Qırmızı kitaba düşən ağac aşdı

qirmizi-kitaba-dusen-agac-asdi
Oxunma sayı: 1046


“Qafqazinfo” TTV-yə istinadən xəbər verir ki, hadisə gecə saat 01:00 radələrində baş verib. Yağışla müşayiət olunan güclü külək cəmi 5 dəqiqəyə ağacı aşıra bilib. 

Təbii fəlakət zamanı xəsarət alan olmasa da ərazidən keçən elektrik naqillərinə və sexə böyük ziyan dəyib. Zərərçəkən Sərvan Abbasov hadisəylə bağlı belə deyir: "Maşın var idi düzələsi. Onu düzəltdim yenicə uzaqlaşmışdım ki, möhkəm külək əsdi. Hiss elədik ki, nə isə oldu. Elə bildik zəlzələdir. Geri qayıdıb gəlib baxdıq ki, ağac aşıb."