“Qırmızı kitab”a düşmüş balıqları ovlayan şəxs tutuldu

qirmizi-kitaba-dusmus-baliqlari-ovlayan-sexs-tutuldu
Oxunma sayı: 829

Balıqların kürütökmə dövrü ilə bağlı ölkə ərazisindəki su hövzələrində tətbiq edilən moratoriuma riayət etməyən, qanunsuz balıq ovu və brokonyerliklə məşğul olan şəxslərə qarşı mübarizə tədbirləri davam etdirilir.

“Qafqazinfo” DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı qanunsuz olaraq balıq ovu ilə məşğul olan R.Fərzullayev saxlanılıb.

Ondan balıqovlama alətləri və qanunsuz ovladığı 151 ədəd adı “Qırmızı kitab”a düşən müxtəlif növ balıq aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.