“Qırmızı kitab”a düşmüş quşlara görə tutuldular

qirmizi-kitaba-dusmus-quslara-gore-tutuldular
Oxunma sayı: 1646

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri tədbirlər nəticəsində rayonun Mahmudçala adlanan ərazisində qanunsuz ov edən rayonun Xırmandalı kənd sakinləri Ş.Cəfərov və B.Teymurov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə, həmin şəxslərdən 1-nin müvafiq sənədləri olmayan ümumilikdə 2 ədəd “İj” markalı ov tüfəngi, ov məqsədilə istifadə edilən digər alətlər və 20 ədəd qanunsuz olaraq ovladıqları çöl quşu aşkar edilərək götürülüb. Ovlanan həmin quşlardan 3-nün adı “Qırmızı kitab”a düşmüş Sultan toyuğu olduğu müəyyən edilib. 

Faktla bağlı Biləsuvar RPŞ-də araşdırma aparılır.