“Qırmızı Körpü”də fişəngə görə tutuldular - Foto

qirmizi-korpude-fisenge-gore-tutuldular
Oxunma sayı:

“Qırmızı Körpü” gömrük postunda Gürcüstandan idarə etdiyi “VAZ- 21074” və “Volkswagen Passat” markalı avtomobillərlə gələn Azərbaycan vətəndaşları saxlanılıb və şifahi sorğu-sual olunub.

Dövlət Gömrük Komitəsindən “Qafqazinfo”ya verilən məlumata görə, sorğu-sual zamanı sürücülər idarə etdikləri nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildiriblər.

Avtomobillərə gömrük baxışı zamanı isə minik maşınının gizli saxlanc yerlərindən, ümumilikdə 1440 ədəd “EKO201E 60 PCS” yazılan pirotexniki vasitələr aşkarlanıb.

Hər iki faktla bağlı araşdırma aparılır.