“Qırmızı Körpü”də Gürcüstan vətəndaşı saxlanıldı

qirmizi-korpude-gurcustan-vetendasi-saxlanildi
Oxunma sayı: 1906

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında, idarənin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn bu ölkənin vətəndaşının idarə etdiyi “Mercedes-Benz” markalı nəqliyyat vasitəsi saxlanılıb və sürücüsü şifahi sorğu-sual olunub.

Dövlət Gömrük Komitəsindən “Qafqazinfo”ya verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı avtomobildə gömrük nəzarətinə bəyan olunmayan və gizlədilən 12 ədəd 1 litrlik və 6 ədəd 0.5 litrlik “Nemiroff” markalı spirtli içkilər aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.