Xəbər verdiyimiz kimi, Azərbaycan kubokunun finalında “Qarabağ” “Neftçi”ni 1:0 hesabı ilə məğlub edərək, mövsümdə "qızıl dubl"la imza atıb.
“Qafqazinfo” xəbər verir ki, qarşılaşmadan sonra bakılıların futbolçusu Erik Ramos “Neftçi”dəki gələcək karyerası barədə danışıb. O, bu qarşılaşmda “Neftçi”nin heyətində sonuncu matçına çıxdığını açıqlayıb.
Xatırladaq ki, sözügedən matçda Ramos “Qarabağ”lı Kintanaya qarşı etdiyi kobud hərəkətdən sonra qırmızı kart alaraq meydandan kənarlaşdırılmışdı.
Qeyd edək ki, Ramos 2012-ci ildən "Neftçi"də çıxış edirdi.
Son xəbərlər
Son Xəbərlər