Qırmızı xalçanın ən fərqli ulduzları... - Fotolar

qirmizi-xalcanin-en-ferqli-ulduzlari
Oxunma sayı: 2995

Ötən gün CFDA Moda Mükafatları mərasimi baş tutub.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, gecədə moda və şou dünyasının tanınmış simaları bir araya gəlib.

Tədbir Hammerstein Mərkəzində təşkil edilib, qırmızı xalça keçidində məşhurların fərqli geyimləri gecəni daha da rəngləndirib.

Mükafat gecəsinin ən iddialı qonaqlarından biri də ikinci körpəsinə hamilə olan aktrisa Olivia Wilde olub. 32 yaşlı aktrisanın qara dekolteli geyimi tədbirdə fərqlənib.

30 yaşlı rusiyalı model İrina Şeyk isə mükafat gecəsinə rəfiqələri ilə birgə qatılıb. Qırmızı rəngli geyimdən istifadə edən model doatlarının daim əlindən tutması diqqətdən yayınmayıb.

Gecənin əsas ulduzlarında biri pop ulduz Beyons olub. İfaçı “ən dəbli müğənni” nominasiyasının sahibəsi elan edilib.

Tədbirdə “Viktoriya sekret”in mələyi Adriana Lima isə diqqət çəkməyən məşhurlar sırasında olub. Modelin qara rəngə müraciət etməsi isə dəb məsləhətçiləri tərəfindən birmənalı qarşılanmayıb.