Ötən gecə “iHeartRadio Much Music Video” mükafatları mərasimi baş tutub.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Torontada baş tutan gecəyə bir çox məşhur simalar qatılıb.
Mükafatlandırmadan əvvəl qonaqlar ənənəvi olaraq qırmızı xalça üzərindən keçid edərək fotoqraflara poza veriblər.
Tədbirdə ən çox diqqət çəkən məşhur model Gigi Hadid olub. 21 yaşlı modelin qırmızı geyimi gecəyə damğa vurub.
Mərasimdə digər maraqlı məqam isə səhnəyə çıxan Amber Rosenin rəqsi olub. Tverk rəqsi edən müğənni və aktrisa qonaqların diqqətini öz üzərinə yönləndirməyi bacarıb.












Son xəbərlər
Son Xəbərlər