Qırmızı xalıda Tom Kruzun Keyt Middltonla görüntüləri müzakirəyə səbəb oldu - Fotolar

qirmizi-xalida-tom-kruzun-keyt-middltonla-goruntuleri-muzakireye-sebeb-oldu
Oxunma sayı: 4211

Şahzadə Uilyam və xanımı Keyt Midlton Londonda “Top Gun: Maverick” filminin premyerasına qatılıblar.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, gecəyə qatılanlar arasında filmin baş qəhrəmanı - Hollivud ulduzu Tom Kruz da olub. O, qırmızı xalıda Midltona pillələri qalxmağa kömək edib.

Bu zaman diqqət çəkən məqam 1,70 santimetr boyu olan Tomun, az qala, hersoginya ilə eyni boyda görünməsi olub. Belə ki, aktyor 1,75 santimetr boyu olan Midltona çatmaq üçün hündürdaban ayaqabbılar geyinib.

Bu detal sosial şəbəkə izləyicilərinin də diqqətindən yayınmayıb.