Qazaxıstanın cənubi-qərbində Xəzər dənizinin sahili qırmızı rəngə boyanıb. “Qafqazinfo”nun ölkənin “Xəbər 24” telekanalına istinadən məlumatına görə, bu, Aktau sakinlərini həm təəccübləndirib, həm də qorxudub.
Ekoloqlar isə əhalini bundan qorxmamağa çağırıb. Mütəxəssislərin sözlərinə görə, bu, adi təbiət hadisəsidir, hansının ki, hər il şahidi olmaq olar. Buna səbəb dənizin dərinliyində bitən rəngli yosunlardır. Onlar suyun üzünə çıxanda bu cür mənzərə yaranır.
“Qızarma Xəzər dənizində bitən yosunlardan əmələ gəlir, onların 25-dən çox növü var: laurentsiya, polisifoniya, melobeziya, onlar dayaz suda yaşayır və bu cür çalar verir”, - ekoloq Rauşan Tulepova danışıb.
Son xəbərlər
Son Xəbərlər