Qış hələ gəlməsə də... - Kürəkçidən fotosessiya

qis-hele-gelmese-de
Oxunma sayı: 11679

Yardımlının ən ucqar kəndlərindən biridir Kürəkçi. Viləşçayın sahilində, Talış dağlarının Peştəsər silsiləsinin ətəyində yerləşir.

Kənd dəniz səviyyəsindən iki min metr yüksəklikdə yerləşdiyi üçün, yolları çox çətin və əlverişsizdir. Bu səbəbdən kənd camaatı yalnız "Niva" və "UAZ" markalı maşınlardan istifadə edir ki, bunların da Kürəkçidə sayı təxminən 50-yə yaxındır. Əgər qış aylarında bu kəndə yolunuz düşsə, bu iki maşından başqa avtomobildən istifadə etməyi ağlınızdan belə keçirməyin. Maşın yuxarı qalxsa da, geri demək olar ki, yalnız yayda, qar əriyəndə, yer quruyanda qayıda biləcəksiniz.

Ötən gündən başlayaraq təxminən üç min əhalisi olan Kürəkçiyə fəslin ikinci qarı yağıb. Bundan əvvəl ilk qar oktyabr ayında müşahidə olub. Kənd sakinlərinin verdiyi məlumata görə, qarlı hava şəraiti adətən növbəti ilin aprelinədək davam edir. 

Qarın yağması Yardımlının ən böyük kəndində hərəkəti çətinləşdirsə də, dağlar qoynunda yerləşən Kürəkçiyə əlavə bəzək verib.

"Qafqazinfo"nun Kürəkçidən hazırladığı fotosessiyanı təqdim edirik:

Emin Səfərov

Fotolar-Pərvin Zeynal