Pekin-2022 Qış Olimpiya Oyunlarının açılış mərasimi başlayıb.
“Qafqazinfo” xəbər verir ki, Pekin Milli Stadionundakı tədbir Bakı vaxtı ilə saat 16:00-da start götürüb.
***
Çin Prezidenti Si Cinpin Pekin Qış Olimpiya Oyunlarını açıq elan edib. XXIV Qış Olimpiya Oyunlarının açılış mərasimi “Quş yuvası” kimi də tanınan Milli Stadionda keçirilib.
Qeyd edək ki, Çin ikinci dəfə Olimpiadaya ev sahibliyi edəcək. Bundan əvvəl ölkə 2008-ci ildə Pekində keçirilən Yay Olimpiya Oyunlarına ev sahibliyi edib.
Olimpiya Oyunları koronavirus pandemiyası ilə bağlı gücləndirilmiş təhlükəsizlik tədbirləri ilə “Birgə gələcək naminə” devizi altında keçiriləcək. Pekin tarixdə həm Yay, həm də Qış Olimpiya Oyunlarına ev sahibliyi edən yeganə şəhərdir.
Pekində 15 idman növünü birləşdirən BOK təsnifatına uyğun olaraq 7 idman növü üzrə 109 dəst mükafat oynanılacaq. Oyunlar üç klasterdə keçiriləcək: Pekin, onun Yantsin ətrafı və Çjantzsyakou şəhər dairəsində.
***
2022-ci il Qış Oyunları üçün Olimpiya məşəli Pekindəki Milli Stadionda alovlandırılıb.
Son xəbərlər
Son Xəbərlər