“Qısa müddətdə böyük uğur əldə etmisiniz” - ABŞ-dən gələn səyyah

qisa-muddetde-boyuk-ugur-elde-etmisiniz
Oxunma sayı: 2049

“Qarabağa səfərimiz zamanı çoxlu dağıntılar gördük, eyni zamanda irimiqyaslı bərpa işlərinin də şahidi olduq”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri “Report”a ABŞ-dən olan səyyah Dayana Peçenik (Diane Pechenick) deyib.

“Bu, Azərbaycana ikinci, Qarabağa isə ilk səfərimdir. Bura çox gözəl yerdir, mən bura yenidən gələrdim”, - o bildirib.

Səyyahın sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə bərpa işləri sürətlə davam edir.

“Bərpa işləri davam etsə də, hesab edirəm ki, siz həqiqətən belə qısa müddət ərzində böyük uğur əldə etmisiniz”, - Peçenik qeyd edib.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində davam edən mina təhlükəsindən danışan səyyah bunun böyük problem olduğunu qeyd edib: “Bu, faciəvi vəziyyətdir, minalardan təmizləmə prosesi onilliklərlə davam edə bilər”.