“Fazil Mustafaya qarşı törədilmiş terror aktını qınayırıq”.
“Qafqazinfo” xəbər verir ki, bu fikirləri millət vəkili Qənirə Paşayeva Milli Məclisin iclasında deyib.
Deputat qeyd edib ki, bu işdə əli, terror şəbəkəsi ilə əlaqələri olanlar cəzasını alacaq: “Fazil Mustafaya atılan güllə dövlətimizə atılan güllədir. Bu şəbəkəni xaricdən idarə edənlər bilməlidir ki, Azərbaycan dövlətini, xalqını qorxutmaq olmaz. Gərəkli addımlar atılacaq”.
***
Millət vəkili Əli Məsimli də hadisə haqda danışıb: “Onlar bu hərəkətləri ilə xalqımız arasında xof yaratmaq, guya ölkəmizdə təhlükəsizlik məsələlərinin zəif olması təəssüratı yaratmaq istəyirdilər. Lakin onların bu istəyi əks-effekt verdi. Aidiyyəti güc strukturları qısa zamanda peşəkarlıqlarını yüksək səviyyədə yerinə yetirməklə həmin şəxsləri ifşa etməyə nail oldu. Güman edirik ki, onların bu istiqamətdə gördükləri iş həmin şəbəkələrin axırına çıxana qədər davam edəcək”.
***
Deputat Bəhruz Məhərrəmovun sözlərinə görə, Fazil Mustafaya qarşı terror hücumunda təqsirli bilinən şəxslər ən qısa zamanda tutuldu: “Bu hər kəsə, ələxsus İranın Azərbaycandakı digər tör-töküntülərinə dərs oldu. Təbii ki, bu, son deyil. Molla rejiminin Azərbaycandakı manqurtlarına, şəxsinə aid bəzi şeyləri Qumda buraxıb Tehranda axtaran dövlət düşmənlərinə münasibətdə əməliyyat tədbirləri bundan sonra da qətiyyətlə davam etdiriləcək”.
Zaur Mirzə
Son xəbərlər
Son Xəbərlər