“QAYO” şirkətinin kollektivi 26 fevral - Xocalı faciəsi ilə əlaqədar “Ana harayı” abidəsini ziyarət edib.
“Qafqazinfo” xəbər verir ki, şirkətin rəhbəri Anar Qəhrəmanov başda olmaqla İdarə Heyətinin üzvləri soyqırımı qurbanlarını yad edib, onların ruhuna dualar oxuyub.
“QAYO” şirkətinin rəhbəri Anar Qəhrəmanov bunları deyib: “Biz “QAYO” şirkəti olaraq hər il “Ana harayı” abidəsini ziyarət edirik. Amma bu gün tamam başqa hisslər keçirirəm. Qisasın qiyamətə qalmadı, Xocalı. Və bu gün Xocalı qətliamını törədənlər əlibağlı halda Bakıya gətirilibsə, demək biz Xocalı qurbanlarının qisasını ala bildik. Bu gün Xocalı azaddır. Düşünürəm ki, Xocalının o nakam ruhları bu gün dinclik tapıb”.





Son xəbərlər
Son Xəbərlər