“Eurovision-2011” mahnı müsabiqəsinin qalibi, müğənni Eldar Qasımov yeni klipini təqdim edib. “Qafqazinfo”nun məlumatına görə, ifaçı bu dəfə qış aylarında ifa etdiyi “Rising up” mahnısını ekranlaşdırıb.
E. Qasımovun sözlərinə görə, kompozisiyada, insanın xəyanətlə üzləşdikdən və münasibətlərə son qoyduqdan sonra, yenidən həyata qayıtmağından bəhs edilir:
“Bütün problemlərə qalib gəlmək, ağır ayrılığı unutmaq və sevinməyə davam etmək lazımdır. Həyatdan zövq alıb rəqs edin”.
Ekran işinin rejissoru və xoreoqrafı Emin Useynov, videoqrafı isə Ruslan Paşayevdir.
Qeyd edək ki, mahnının söz və musiqisi Yohan Yemtberq və Mikael Qunneras dueti (İsveç) ilə Eldarın özünə məxsusdur.
Son xəbərlər
Son Xəbərlər