Qışda transferlərə nə qədər xərclənib?

qisda-transferlere-ne-qeder-xerclenib
Oxunma sayı: 903


  “Qafqazinfo” Fanat.az-a istinadən xəbər verir ki, dünya üzrə bu qış transferlərə 346 milyon avro xərclənib.

FIFA-nın hesablamalarına görə, bu məbləğ ötən qışla müqayisədə 30 faiz azdı. Yanvarda edilən transferlərin sayı isə ötən illə müqayisədə 36 faiz artaraq 2631-ə çatıb. 

Məlumatda həmçinin qeyd olunur ki, keçidlərin 85 faizi transfer haqqı ödənmədən həyata keçirilir. 26 faizi isə icarəyə verilib.