Qısqandığı arvadını öldürən kişi həbs edildi

qisqandigi-arvadini-olduren-kisi-hebs-edildi-
Oxunma sayı: 910


Bakı şəhər BPİ-dən “Qafqazinfo”ya verilən məlumata görə, hadisə aprelin 28-də saat 03:45 radələrində Zabrat qəsəbəsində qeydə alınıb. X.Vəliyev küçəsində yerləşən evdə kirayədə yaşayan Ağdaş rayon sakini 1985-ci il təvəllüdlü Vüsal Niyazi oğlu Musayev qısqanclıq zəminində arvadı Zakirə Məmmədovanı bıçaqlayıb. Hadisə nəticəsində Z.Məmmədova vəfat edib. Arvadını qətlə yetirən V.Musayev həbs edilib. 

Murad Əhməd