Qısqandığı üçün sevgilisini öldürdü

qisqandigi-ucun-sevgilisini-oldurdu
Oxunma sayı: 1362


"Qafqazinfo" DİN-in saytına istinadən xəbər verir ki, Gəncə şəhər sakini Niyaz Babayev qeyri-rəsmi nikah münasibətlərində olduğu Maisə Ələkbərovaya yaşadığı evdə qısqanclıq zəminində bıçaqla xəsarət yetirib. 

Xəstəxanaya yerləşdirilmiş Maisə Ələkbərova orada ölüb. Gəncə RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Niyaz Babayev tutulub.