Qiyamçı əsgərlər Buake şəhərini mühasirəyə alıb - “Reuters”

qiyamci-esgerler-buake-seherini-muhasireye-alib
Oxunma sayı: 1633

Fil Dişi Sahilində qiyam qaldıran əsgərlər ölkənin ikinci ən böyük şəhəri olan Buakeni mühasirəyə alıblar.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Mühasirəyə alınan şəhərdə hökumət və hərbi nümayəndələrin olduğu bildirilib.

Üsyançılar mühasirənin hökuməti ilə olan böhranın həllinə kimi davam edəcəyini söyləyiblər.

Həmçinin Abican şəhəri yaxınlığındakı iki hərbi bazada da atəş səsləri eşidilib.

Qeyd edək ki, yanvarın 6-da hərbi qulluqçular məvaciblərinin artırılması tələb ilə qiyam qaldırılblar. Hüquq mühafizə orqanları ilə atışmadan sonra qiyamçılar polis məntəqədəki silah və hərbi təhcizatı ələ keçiriblər. Daha sonra Buake şəhəri nəzarətə götürülüb. Bundan başqa  Daloa və Koroqo şəhərlərində də hərbçilər qiyam qaldırıb.