Qiyamçılar Müdafiə Nazirinin olduğu evə atəş açıb

qiyamcilar-mudafie-nazirinin-oldugu-eve-ates-acib
Oxunma sayı: 1175

Fil Dişi Sahilində qiyam edən hərbçilər Müdafiə Nazirinin olduğu evə atəş açıblar.

Qafqazinfo” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Məlumata görə, qiyamçılar onlarla danışıqlara gələn ölkənin müdafiə naziri Alayn-Riçard Donvaxinin olduğu evə atəş açıblar. Nazirin mühasirədə qaldığı və Abican şəhərinə gedə bildmədiyi bildirilib.

Bundan əvvəl isə hakimiyyət və hərbçilər arasında danışıqların uğurla nəticələndiyi açıqlanıb. Razılığın əldə olmasını ölkə başçısı Alassan Uattarda təsdiqləyib.

Qeyd edək ki, qiyam edən hərbçilər ölkənin ikinci böyük şəhəri Buakeni nəzarətə götürüblər. Bundan başqa Daloa və Korqoxo şəhərlərində də qiyam baş verib.