Qiymət artımı Paşinyanı bazara apardı

qiymet-artimi-pasinyani-bazara-apardi
Oxunma sayı: 2775

Ermənistanın baş naziri Nikol Paşinyan son zamanlar kənd təsərrüfatı məhsullarının artan qiyməti ilə tanış olmaq üçün gözlənilmədən Yerevan bazarına gedib.

“Qafqazinfo”nun Panorama.am-a istinadən məlumatına görə, bu il Ermənistanda bəzi məhsulların, xüsusilə pomidor və qarpızın qiymətinin qalxması əhalinin ciddi narazılığına səbəb olub. Paşinyan da fermerlərlə söhbətində elə bu məsələni müzakirə edib. Fermerlərdən bəzisi bunu quraqlıq, digəri isə dolu düşməsi ilə izah edib.

Daha sonra jurnalistlərlə danışan baş nazir “Pomidor, xiyar, badımcan və digər məhsulların qiymətini öyrənəndə təəccübləndim. Qəribədir, bu il Ermənistan üçün qeyri-adi görünən istixanada yetişdirilən məhsullar bazara çıxarılıb. Bazarda təbii üsulla yetişdirilən tərəvəzlər olmalıdır. Bundan başqa, bazarda satılan tərəvəzlər super marketlərdəkindən ucuz olmalıdır. Görünür, hökumət artıq qiymətlərə müdaxilə etməli, tədbirlər görməlidir” deyib.