Dünya bazarında neftin qiyməti bahalaşmağa başlayıb.
“Qafqazinfo” investing.com-a istinadən xəbər verir ki, Brent markalı neftin bir barrelinin qiymətində 9,02% artım qeydə alınıb. Hazırda bu markalı neft 32,77 dollardan təklif edilir.
WTI markalı neftin qiymətində də artım var. Belə ki, 11,06% bahalaşma ilə WTI-nin bir barrelinin qiyməti 29,11 dollarda qərarlaşıb.
Qeyd edək ki, ötən gün Brent markalı neft 29,99, WTI isə 26,19 dollardan satılırdı.
Son xəbərlər
Son Xəbərlər