“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, tanınmış model 2011-ci ildə nümayiş etdirdiyi 2.5 milyon dollarlıq büstqalterdən sonra 3 milyon dollar qiyməti olan bijüteriya dəsti ilə podiuma çıxıb. Defilədə 4 paltar tanıdan Kerrin yüksək dikdaban ayaqqabısı ayağından çıxıb. Əyilərək ayaqqabısını geyinən model heç nə olmamış kimi nümayişi tamamlayıb.
"Mən də insanam, ayaqqabımın çıxması normaldır. Belə hadisələr çox yaşamışam. Soyuq olduğu üçün Türkiyəyə gəlişim gecikdi. Oğlum üçün darıxıram, tez evimə getmək istəyirəm, yazda gəlsəm, Türkiyəni gəzəcəm” deyə Kerr təəssüratlarını bölüşüb.
Son xəbərlər
Son Xəbərlər