Qiymətlər dəyişib

qiymetler-deyisib
Oxunma sayı: 643

“Media forum” saytına verilən məlumatda deyilir ki, müşahidənin nəticələrinə görə, mayda mövsümi amillərin təsiri nəticəsində deflyasiya qeydə alınıb, istehlak qiymətləri 0,56 faiz azalıb. Ay ərzində ərzaq məhsulları 1,19 faiz ucuzlaşıb, qeyri-ərzaq məhsulları 0,17 faiz, xidmət tarifləri isə 0,20 faiz artıb.

Hesablamalar göstərir ki, 2012-ci ilin beş ayında ölkədə 0,40 faiz, o cümlədən Bakıda 1,49 faiz inflyasiya, regionlarda isə 0,67 faiz deflyasiya qeydə alınıb. Bu zaman ərzaq məhsulları 0,66 faiz, xidmətlər 1,49 faiz bahalaşıb, qeyri-ərzaq məhsulları isə 0,99 faiz ucuzlaşıb.

Ötən ilin eyni dövrü ilə müqayisədə (12 ayda) ölkədə 6,79 faiz bahalaşma olub.