Qiymətli kağızlar bazarına hansı köməklik ediləcək?

qiymetli-kagizlar-bazarina-hansi-komeklik-edilecek
Oxunma sayı: 964

Qiymətli kağızlar bazarı iştirakçılarına güzəştlər veriləcək. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Mərkəzi Bank qərar verib. 

• Fond birjasında səhmlərin və istiqrazların təkrar bazarında bağlanan əqdlərin habelə repo əməliyyatlarının qeydiyyatı üzrə Milli Depozit Mərkəzinə ödənilən tariflərin 30 sentyabr 2020-ci il tarixinədək ləğv edilməsi; 

• Bakı Fond Birjasında 01 aprel 2020-ci il tarixindən 01 yanvar 2021-ci il tarixinədək listinqə daxil olan korporativ istiqrazlar üzrə listinq tariflərinin ləğv edilməsi; 

• Fond birjasında dövlət istiqrazları, Mərkəzi Bankın notları və ipoteka istiqrazları ilə bağlanan təkrar bazar əqdləri üzrə hesablaşmaların 30 sentyabr 2020-ci il tarixinədək “T+1” rejimindən “T+0” rejiminə keçirilməsi; 

• Qiymətli kağızların kütləvi təklif üsulu ilə fond birjasında yerləşdirilməsi zamanı Bakı Fond Birjası tərəfindən tələb olunan sənədlərin dairəsinin 01 yanvar 2021-ci il tarixinədək minimallaşdırılması (yalnız qiymətli kağızların dövlət reyestrindən çıxarış və emissiya prospekti tələb olunmaqla).