Qız anasının pulunu və qızılını oğurladı

qiz-anasinin-pulunu-ve-qizilini-ogurladi
Oxunma sayı: 793

Bakıda təxminən bir ay əvvəl törədilən cinayətin üstü açılıb.

“Qafqazinfo”nun Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, aprelin 15-dən iyunun 14-dək olan müddətdə Nərimanov rayonu ərazisindəki mənzillərdən birindən naməlum şəraitdə 12.000 manat pul və 4.000 manat dəyərində qızıl əşyalar oğurlanıb. 

Nərimanov RPİ 18-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən ev sahibəsinin qızı saxlanılıb və izahatı alındıqdan sonra buraxılıb.