Qız bacısını bıçaqladı

qiz-bacisini-bicaqladi
Oxunma sayı: 759

Dünən axşam saatlarında Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, Qara Qarayev prospekti 93 ünvanında yaşayan 1991-ci il təvəllüdlü Musayeva Nişanə Etibar qızı bacısı tərəfindən bıçaqlanıb.

M.Nişanə dərhal 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyətinin orta ağır olduğunu bildirir.

Bıçaqlayan şəxsin psixi problemlərinin olduğu bildirilir.