Qız qaçıran deputat danışdı

qiz-qaciran-deputat-danisdi
Oxunma sayı: 2913

İnquşetiyada evlənmək üçün qız qaçıran deputat Maqomed Darsiqov məsələ ilə bağlı açıqlama verib.

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən məlumatına görə, İnquşetiya Milli Məclisinin millət vəkili əslində qızı qaçırmadığını, islam ənənələrinə uyğun evləndiyini deyib: “Rəsmi yox, dini nikahımız olub. Evlənmək üçün qız qaçırmağımla bağlı xəbərlər isə yalandır”.

Qeyd edək ki, deputatın bazar günü toyu olacaq.