Qız qaçırmaq niyə problemə çevirilib?

qiz-qacirmaq-niye-probleme-cevirilib
Oxunma sayı: 2049


Bu gün əksər Qərb ölkələrinin “intligentlər”i niyə görəsə Türk dünyası ölkələrinin qızlarının qaçırılmasını vargücü ilə pisləyir, bunun çox lazımsız, anlamsız bir adət olduğunu deyir, bizləri bundan yayındırırlar.  Hələ lap uşaqlığından bu cür adət-ənənənin içində böyümüş biri olaraq bunun pislənməsinin səbəbini araşdırmağa başladım. 

Əvvəla mənim gördüyüm qaçırılmış bütün qızların aqibəti həqiqətən xoşbəxtliklə bitib. Yəni, toy-dərnəklə evlənmiş qızlardan daha üstün olublar. Bu xanımlarla danışdıqda, onların hekayələrini dinlədikdə gəldiyim nəticələr çox maraqlı idi. Burada bir çox psixoloji məqamlar var. Qızı qaçıran oğlan düşünür ki, mən bu qızı atasının, anasının, qardaşının əlindən alıb gətirdimsə, deməli, ona elə davranmalıyam ki, o heç vaxt mənimlə qaçdığına peşman olmasın. 

Qoşulub qaçmış qız isə düşüünr ki, madam ki, mən atama, anama, qardaşıma rəğmən “çeynəyib” bu oğlana qaçmışamsa, onda gərək ailəmi daha sağlam, daha möhkəm quram ki, hər kəs mənim bu oğlana qaçmaqda haqlı olduğumu bilsin. Əlbəttə ki, istisnalar mövcuddur. Əksinə olaraq bdbəxt də olmaq ehtimalı var ki, bu da toyla-büsatla evlənmiş qızlar üçün də mövcud ola bilər. Burda da təbii ki, fərdilik özünü göstərir.

Qızqaçırma, əsasən, ailələrdən hər iki tərəfin, ya da bir tərəfin razılığı olmayanda, yəni bir növ böyüklərin xeyir-duası olmadan baş verir. İndi əksər Qərb ölkələrində evlənən gənclik də məhz ailələrin xeyir-duası olmadan, sırf gənclərin öz qərarları və istəkləri ilə baş tutur. Maraqlıdır ki, bəs niyə Qərb bu evliliyə, yəni qızgötürüb qaçmağa (qoşulub getməyə) pis baxır? Niyə, sanki müqəddəs bir vəzifə imiş kimi Gender paketinin tərkibində ölkəmizdəki bu ənənəni pisləməyə, xalqa unutdurmağa çalışır? 

Burada sadəcə bir səbəb ola bilər ki, Qərb bu məsələyə sxolastik yanaşır. Məsələnin mahiyyətinə varmadan onun formal tərəflərini görür (Ya da belə görmək sadəcə onların işinə yarayır). Oğlanın qızqaçırması dedikdə, Qərb dünyasında olduğu kimi  qızı pis əməllərinə alət edəcəyini düşünür. Qeyd edim ki, bu ölkələrdə manyaklar, ruhi sağlamlığı pozulmuş kişilər bunu edir. 

Halbuki Azərbaycanda qız qaçıran namusu, mərdliyi olan normal təfəkkürlü kişilərdir. Onlarda heç bir psixoloji pozuqluq yoxdur. Psixologiyaları yerində olan, heç bir manyaklık və s. görülməyən insanlardır. Sevgililərini çox sevir, onunla bir ömür boyu yaşlanmaq istəyir. Qaçırılmış (qoşulub getmiş) qız bir ailənin xanımı, evlad sahibi xoşbəxt bir qadın olur. 

Ümid edirik ki, çox qədim ənənəmiz olan qızqaçırma da bir çox adətlərimiz kimi, Qərbin təsirilə sıradan çıxmaz. Çünki ənənələrimizi itirdikcə, qloballaşan dünyada özümüzü də, varlığımızı da itirməyə doğru sürətlə irəliləyirik.