“Qızdırma, öskürək hamıda “mən yoluxmuşam” qorxusu yaradır” - Video

qizdirma-oskurek-hamida-men-yoluxmusam-qorxusu-yaradir
Oxunma sayı: 5404

“Özünü pis hiss edən insan təcili tibbi yardıma müraciət etmədən öncə sahə həkiminə müraciət etməlidir”.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bunu Səhiyyə Nazirliyinin aparat rəhbəri Nadir Zeynalov deyib. 

O bildirib ki, qızdırma, öskürək ola bilər, bu simptomlar hamıda “mən koronavirusa yoluxmuşam” qorxusu yaradır: “Poliklinika və ya sahə həkimi bəzi suallar verərək onun koronavirus olub-olmadığı haqda ilkin diaqnoz qoya bilər. Ehtiyac olduqda, onlardan evdə nümunə götürüləcək”. 

Murad Əhməd