Qızdırması olan 4 nəfər imtahana buraxılmadı

qizdirmasi-olan-4-nefer-imtahana-buraxilmadi
Oxunma sayı: 1478

Bu gün keçirilən ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə buraxılış (qəbul) imtahanlarına hərarəti yüksək olan 4 şagird buraxılmayıb. 

DİM-dən “Qafqazinfo”ya daxil olan məlumata görə, imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub.

İlkin məlumatlara əsasən, 4 şagirdin (abituriyentin) bədən hərarəti yüksək olduğu üçün binada olan təcili tibbi yardım üzrə həkimin rəyinə uyğun olaraq imtahana buraxılmayıb. 3 nəfər isə üzərində mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib.