Qızdırması olanlar bugünkü imtahana buraxılmadı

qizdirmasi-olanlar-bugunku-imtahana-buraxilmadi
Oxunma sayı: 3374

Hərarəti yüksək olan 20 abituriyent bu gün keçirilən qəbul imtahanına buraxılmayıb. 

Dövlət İmtahan Mərkəzindən “Qafqazinfo”ya daxil olan məlumata görə, şagirdlərdən əlavə 2 imtahan nəzarətçisində də hərarət yüksək olub. 

Odur ki, həmin şəxslər binada olan təcili tibbi yardım üzrə həkimin rəyinə uyğun olaraq imtahana buraxılmayıb.