Qızdırması qalxan 5 aylıq körpə öldü

qizdirmasi-qalxan-5-ayliq-korpe-oldu
Oxunma sayı: 2767

Gəncədə 5 aylıq körpə vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, hadisə şəhər xəstəxanalarından birində baş verib. 2022-ci il təvəllüdlü M.Məmmədovanın qızdırması qalxıb və o, valideynləri tərəfindən xəstəxanaya yerləşdirilib.

Həkimlərin səylərinə baxmayaraq, 5 aylıq qız xəstəxanada ölüb.

Körpənin həm də qan xəstəliyindən əziyyət çəkdiyi bildirilir.

Ölüm faktı ilə bağlı araşdırma aparılır.

Amin Nəzərli