“Bu gün bir çox ailələr oğlana qız axtaranda onun az savadlı olmasına, evdən çölə çıxmamasına çalışır. Amma bu, problemlər yaradır. Ailədə əsas məsələ tərbiyədir”.
“Qafqazinfo” xəbər verir ki, bunu deputat A.Naxçıvanlı deyib. O qeyd edib ki, hər iki valideyni cəmiyyətdə söz sahibi olan qızını erkən yaşda ərə verməz: “Hər bir ailənin məqsədi öz övladına yaxşı təhsil verməkdir. Düzdür, bu gün bəziləri qızı gəlib alanda söz verirlər ki, oxuyacaq, işləyəcək, amma sözlərini yerinə yetirmirlər. Bu insanı keyfiyyətlər kimi səciyyələndirilmir. Bu heyvani münasibətlərdir. Qızlarını başdan etmək üçün verənlər əsasən ögey ata olan ailələrdə olanlardır”.
Deputat bildirib ki, qeyri-rəsmi vətəndaş nikahları cəmiyyəti narahat edir: “Biz gənclərə deyirik ki, Avropadan yaxşı olan dəyərləri gətirin, amma qeyri-rəsmi nikahı gətirirlər. İnanmıram ki, təhsilli ailədə gənc hər hansı təsirə düşsün və ailə probleminə barmaq arası baxsın.
Bizim gənclərdə dözümlülük yoxdur, heç bir əziyyətə dözmür. Əvvəllər ailə qurulanda hər kəs onlara kömək edirdi. İndi gənclərə ev-eşik verilir, hər şey edilir. Gənclərə tövsiyəm odur ki, ailə qurmamışdan öncə təhsil haqqında düşünün. O zamanda seçiminizi də gözəl olacaq”.
Günel Türksoy
Son xəbərlər
Son Xəbərlər