Qızı itdi, polisə 20 gün sonra dedi

qizi-itdi-polise-20-gun-sonra-dedi
Oxunma sayı: 1670

Bakıda 23 yaşlı qız 22 gün əvvəl itkin düşüb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Sabunçu ayonu, Zabrat qəsəbəsində yaşayan 1996-cı il təvəllüdlü T. Əsgərzadə iyunun 6-da evdən gəzmək adı ilə çıxıb və bir daha geri qayıtmayıb. 

Onun atası Ş. Əsgərzadə iyunun 27-də polisə müraciət edərək bu barədə məlumat verib. O bildirib ki, 20 gün ərzində qızını özü axtardığı üçün polisə deməyib. 

Faktla bağlı araşdırma aparılır.