Qızı küçədə bıçaqlayan yeniyetmə imiş

qizi-kucede-bicaqlayan-yeniyetme-imis
Oxunma sayı: 3616

Daxili İşlər Nazirliyi Gəncədə yeniyetmə qızın küçədə bıçaqlanması ilə bağlı rəsmi məlumat yayıb. 

“Qafqazinfo”ya daxil olan məlumata görə, fevralın 4-də axşam saatlarında Gəncə şəhər sakini N. İsmayılova qarnının daxilinə keçən kəsilmiş-deşilmiş yarası ilə Gəncə şəhər 3 saylı Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib. Xəstə dərhal əməliyyat olunub.

Polis əməkdaşlarının istintaq-əməliyyat tədbirləri nəticəsində Gəncə şəhər sakini, yetkinlik yaşına çatmayan S. Cəfərov şübhəli şəxs qismində saxlanılıb. O, araşdırma zamanı törətdiyi əməli etiraf edərək, N. İsmayılovaya aralarında yaranmış mübahisə zəminində bıçaqla xəsarət yetirdiyini bildirib.

Faktla bağlı araşdırmalar aparılır.