Qızı tərəfindən bıçaqlandığı deyilən ata özünə xəsarət yetirdiyini bildirib

qizi-terefinden-bicaqlandigi-deyilen-ata-ozune-xesaret-yetirdiyini-bildirib
Oxunma sayı: 1201

Bakıda qızın 59 yaşlı atasını bıçaqlaması haqda yayılan məlumatlarla bağlı rəsmi açıqlama verilib.

Bakı şəhər BPİ Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Sabunçu rayonunda 1961-ci il təvəllüdlü Vahid İbrahimovun kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub. 

Müvafiq araşdırma aparılıb, vətəndaş ilkin ifadəsində bildirib ki, özü-özünə xəsarət yetirib. Onun qızı tərəfindən bıçaqlanması hazırkı mərhələdə təsdiqlənməyib. 

Faktla bağlı Sabunçu RPİ-də araşdırmalar davam etdirilir.