Qızıl adıyla apardılar, dəmir çıxdı - Bəxtsiz oğrular+Video

qizil-adiyla-apardilar-demir-cixdi-
Oxunma sayı: 2673

Samuxdə rayon polisinin saxladığı oğrular bəxtlərindən şikayətçidir.

Qafqazinfo” Kəpəz TV-yə istinadən xəbər verir ki, Samux sakinləri 23 yaşlı Sahib Məlikzadə və 20 yaşlı Tural İbrahimov rayonun Qarayeri qəsəbəsində Nazim Quliyevin mənzilindən 5800 rus rublu, iki ədəd mobil telefon, pensiya kartlarını oğurlayıblar.

Baş müstəntiq İlqar Qəmbərov bildirib ki, oğurluq haqda şikayət ərizə əsasında Samux Rayon Polis Şöbəsində araşdırma aparılıb:

“Toplanan material əsasında tərəfimizdən cinayət işi başlanılıb. Aparılan əməliyyat- istintaq tədbirləri nəticəsində müəyyən edilib ki, qeyd edilən cinayət hadisəsini Samux rayonunun Qarayeri qəsəbə sakinləri Məlikzadə Sahib Həsən oğlu və İbrahimov Tural Tehran oğlu törədiblər. Hər iki şəxs cinayət məsuliyyətinə cəlb edilib”.

Saxlanılan şəxslərin ətrafında aparılan araşdırmalar daha iki cinayətin üstünü açıb. Mehman Qurbanov və Qumru Mehtiyevaya məxsus mənzillərdən oğurluğu da bu iki şəxsin etdiyi təsdiqini tapıb. Baxmayaraq ki, ikincinin evindən əliboş çıxan “qəhrəmanlar”ın digər mənzildən qəniməti bir ədəd sırğa və pensiya kartı olub. Lakin qızıl bilib götürdükləri əşya metal çıxıb.

Saxlanılan Tural İbrahimov hadisəni belə xatırlayıb: “Mən məhəllənin ayağında gözlədim. Evlər görünmürdü. Sahib evə girdi, çıxdı. Dedi ki, gedək şəhərə, bunu sataq. O da getdik şəhərə, mən maşında gözlədim. Gəldi ki, qızıl deyil dəmirdir”.

Digər saxlanılan Sahib Məlikzadə isə oğurluq zamanı bəxtlərinin gətirməməsini təəssüf hissi qeyd edir: “3 evə daxil olmuşam. 2-sindən heç nə götürə bilmədim. Ən birinci daxil olduğum evdən plastik kart, qızıl sandığın içərisindən sırğa götürmüşəm. O da dəmir çıxıb. İkinci evdən də əliboş çıxmışam”.

Faktlar üzrə istintaqı davam etdirən Samux polisi saxlanılan şəxslərin digər bu kimi əməllərinin olduğunu istisna etmir.