“Qızıl” “dəmiryolçular”a qaldı

qizil-demiryolculara-qaldi
Oxunma sayı: 644

“Qafqazinfo”nun verdiyib xəbərə görə, iki Azərbaycan təmsilçisinin mübarizə apardığı final mərhələsində “qızıl set”ə ehtiyac duyulub. Belə ki, “Bakı” ilk oyundakı məğlubiyyətin əvəzini cavab görüşündə çıxıb – 3:2. Lakin “qızıl set”də “Lokomotiv” daha güclü olub. 15:13 hesablı qələbə “dəmiryolçular”a çempionluq gətirib.

“Çelenc Kap”
Final, cavab oyunu

1 aprel
18:00. “Lokomotiv” – “Bakı” - 2:3 (27:25, 19:25, 25:21, 20:25, 13:15), “Qızıl set” – 15:13
Hakimlər: Katarzina Sokol (Polşa), Yevgeni Makşanov (Rusiya)
Bakı. Heydər Əliyev adına İdman-Konsert Kompleksi
İlk oyun – 3:2

Ceyhun Əhmədov