Qızıl mədəni çökdü - 6 işçi öldü

qizil-medeni-cokdu
Oxunma sayı: 2568

Afrika ölkəsi Qanada aramsız yağan yağışları qızıl mədənlərinin birinin çökməsinə səbəb olub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində işçiləri tonlarla torpaq yığınının altında qalıb.

Aparılan axtarışlardan sonra 6 işçinin cəsədi tapılıb. 2 işçi isə yaralı şəkildə xilas edilib. Hadisə yerində araşdırmalar davam etdirilir.

Qeyd edək ki, ötən Qananın Nsuta şəhərində baş verən çökmə hadisəsində 39 nəfər ölmüşdü.