Qızıl oğurlayan qadın kameraya düşdü - Video

qizil-ogurlayan-qadin-kameraya-dusdu-
Oxunma sayı: 3153

İyulun 14-də Gəncə şəhəri, Nizami küçəsindəki Mərkəzi Univermaqda oğurluq olub.

QafqazinfoRegion TV-yə istinadən xəbər verir ki, kameraların qeydə aldığı videoda naməlum qadının oğurluq etməsi aydın görünür. Bu görüntülərdə o, 22 qram çəkisi olan qızıl qolbağını oğurlayaraq, Bəxtiyar Eminova 800 manat dəyərində ziyan vurub.

Zərərçəkmiş şəxs və polis həmin qadını tanıyanlardan hüquq-mühafizə orqanlarına məlumat verməklə istintaqın gedişinə yardım göstərməklərini xahiş edir.