“Qızıl Pambıq” layihəsinin icrasına start verilib

qizil-pambiq-layihesinin-icrasina-start-verilib
Oxunma sayı: 1234


"Qafqazinfo"ya daxil olan məlumata görə, layihənin əsas məqsədi Biləsuvar rayonunda yaşayan yeniyetmələr və gənclər arasında kinoteatr mədəniyyətinin təbliğinə stimul vermək, onların bu sahəyə diqqət və marağını artırmaq, eyni zamanda rayonda keçirilən mədəni-kütləvi tədbirlərin dinamikasına təkan verməkdən ibarətdir.

Festivalın keçirilməsinə dəstək verilməsi məqsədilə Biləsuvar rayon Gənclər və İdman idarəsi, Təhsil Şöbəsi, Mədəniyyət və Turizm idarəsi ilə sıx əməkdaşlığın qurulması planlaşdırılıb.

4 gün müddətinə keçiriləcək festival çərçivəsində 15 yaxın qısa metrajlı filmin nümayişi nəzərdə tutulub. Festival ilk gününə açılış mərasimi və bir filmin nümayişi ilə başlayacaq. Növbəti 3 gün gün ərzində filmlərin davamlı nümayişi, yekun qiymətləndirmə və mükafatlandırma mərasimi olacaq. Layihədən ümumilikdə 3000-dən yuxarı insanın faydalanacağı gözlənilir.