“Qızıl top” sahibi Rusiyaya qarşı döyüşür

qizil-top-sahibi-rusiyaya-qarsi-doyusur
Oxunma sayı: 4212

Ukraynalı veteren futbolçu İqor Belanov Rusiya işğalına qarşı müdafiədə ölkəsinin ordusuna qoşulub.

"Qafqazinfo" xəbər verir ki, 1986-cı ildə "Qızıl top" müafatına layiq görülən Kiyev "Dinamo"sunun 61 yaşlı keçmiş hücumçusu vətəninin müdafiəsində iştirak edir.

Xatırladaq ki, Moldova "Şerif"inin baş məşqçisi Yuri Vernidub da Ukrayna ordusuna qoşulub.

İqor Belanov karyerası ərzində "Odessa", "Çornomorets", "Dinamo" (Kiyev), "Ayntraxt" (Braunşveyq), "Borussiya" (Münhenqladbax) və "Metallurq" klublarında çıxış edib.