“Qızıl top”u Messi qazandı - Yenilənib

qizil-topu-messi-qazandi
Oxunma sayı: 8517

Bu gün “France Football nəşrinin təsis etdiyi Qızıl top mükafatının sahibi müəyyənləşəcək.

“Qafqazinfo” xəbər verir ki, təqdimetmə mərasimi Fransanın paytaxtı Parisdə keçiriləcək. Tədbir Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.

Mükafata əsas namizədlər Robert Levandovski (“Bavariya”), Lionel Messi (PSJ), Kərim Benzema (“Real”) və Kriştiano Ronaldo (“Mançester Yunayted”) göstərilir.

Ümumilikdə isə “Qızıl top”a 30 futbolçu iddialıdır.

***

Parisdə 65-ci “Qızıl top” (Ballon d'Or) mükafatının təqdimetmə mərasimi başlayıb.

***

“Qızıl top” mükafatını almağa ilk 10 namizəd aşağıdakı futbolçulardır:

Kərim Benzema (“Real Madrid”)

Kristiano Ronaldo (“Yuventus” və “Mançester Yunayted”)

Canluici Donnaruma (“Milan” və PSJ)

Jorjinyo (“Çelsi”)

Nqolo Kante (“Çelsi”)

Robert Levandovski (“Bavariya”)

Kilian Mbappe (PSJ)

Lionel Messi (“Barselona” və PSJ)

Muhammed Salah (“Liverpul”)

***

"France Football" nəşrinin təsis etdiyi "Qızıl top" mükafatının qalibi Fransanın PSJ klubunun hücumçusu Lionel Messi oldu.

Argentinalı forvard karyerası ərzində 7-ci dəfə bu ada sahib çıxıb.