“Qızıl üçlüy”ü 1 ilə tamamladı - Video

qizil-ucluyu-1-ile-tamamladi
Oxunma sayı: 3485

Paris Olimpiadasında çempion olan cüdoçu Hidayət Heydərov Azərbaycan idman tarixinə “qızıl üçlüy”ü tamamlayan 4-cü idmançı kimi düşüb.

“Qafqazinfo” xəbər verr ki, 4 qat Avropa və Dünya çempionu olan təmsilçimiz ölkəmizə 16 ildən sonra bu idman növündə Olimpiya qızılı qazandırdı.

Daha əvvəl stend atıcısı Zemfira Meftahətdinova, sərbəst güləşçi Şərif Şərifov və taekvondoçu Radik İsayev həm Olimpiya, həm Dünya, həm də Avropa çempionu olmağı bacarmışdı.

Hidayət Heydərovun göstəricisini unikal edən cəhət isə sözügedən titulların hamısını bir il ərzində əldə etməsidir.

O, apreldə Zaqrebdə dördüncü dəfə qitənin ən güclüsü oldu, daha sonra isə mayda Əbu-Dabidə dünya çempionu adına yiyələndi.

İyulda isə Parisi fəth edərək həqiqətən “1 nömrə” olduğunu sübut elədi.