Tokio-2020-nin 15-ci günündə 5 idmançımız mübarizəyə başlayacaq.
“Qafqazinfo” xəbər verir ki, bunlar arasında qızıl ümidlərimiz güləşçilər Mariya Stadnik, Hacı Əliyev və karateçi Rafael Ağayev də var.
Bundan başqa, Şərif Şərifov da Yaponiyadan medalla dönməyə çalışacaq.
Bədii gimnastikada isə fərdi yarışlara start veriləcək. Güclü rəqiblərlə mübarizə aparacaq Zöhrə Ağamirova final mərhələsinə vəsiqə üçün yarışacaq.
6 avqust
05:20. Bədii gimnastika, fərdi çoxnövçülük. Təsnifat mərhələsi, 1-ci və 2-ci yanaşma. Zöhrə Ağamirova
09:50. Bədii gimnastika, fərdi çoxnövçülük. Təsnifat mərhələsi, 3-cü və 4-cü yanaşma. Zöhrə Ağamirova
06:30. Sərbəst güləş, kişilər. 65 kq, 1/8 final. Hacı Əliyev – Adama Dyatta (Seneqal)
06:30. Sərbəst güləş, qadınlar. 50 kq, 1/8 final. Mariya Stadnik – Stalvira Orşuş (Rusiya Olimpiya Komitəsi)
06:30. Sərbəst güləş, kişilər. 97 kq, 1/8 final. Şərif Şərifov – Abdulraşid Sadullayev (Rusiya Olimpiya Komitəsi)
12:00. Karate, kişilər. 75 kq, B qrupu. Rafael Ağayev - Noa Biç (Almaniya)
Karate, kişilər. 75 kq, B qrupu. Rafael Ağayev - Çuneari Yahiro (Avstraliya)
Karate, kişilər. 75 kq, B qrupu. Rafael Ağayev - Nurkanat Ajiqanovdur (Qazaxıstan)
Karate, kişilər. 75 kq, B qrupu. Rafael Ağayev – Luici Busa (İtaliya)
Son xəbərlər
Son Xəbərlər