Qızılağac milli parkındakı Kiçik Qızılağac körfəzinə çəkikimi balıq körpələri buraxılıb - Fotolar

qizilagac-milli-parkindaki-kicik-qizilagac-korfezine-cekikimi-baliq-korpeleri-buraxilib
Oxunma sayı: 1487

Qızılağac milli parkının yaranması günü ilə əlaqədar “Xüsusi mühafizə olunan təbiət ərazilərinin potensialı, genişləndirilməsi, mühafizəsi və ekoturizmin inkişafı” mövzusunda Qızılağac milli parkında seminar-müşavirə keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, tədbir çərçivəsində Qızılağac milli parkındakı Kiçik Qızılağac körfəzinə çəkikimi balıq körpələri buraxılıb.

Qeyd edək ki, Qızılağac Milli Parkı Xəzər dənizində ilk dənizkənarı mühafizə olunan  ərazidir və parka aid su ərazisinin mühafizəsi dünyanın nəsli kəsilmək təhlükəsi ilə üzləşən balıq növlərinin yaşaması üçün zəruridir.

IDEA İctimai Birliyi və “Blue Marine Foundation” təşkilatının birgə təqdimatına əsasən, 2019-cu ilin noyabr ayında Qızılağac Milli Parkı dünya sularının xilası üçün ümid yeri (Hope Spot) kimi seçilib.

Ümid yerləri “Mission Blue” təşkilatının beynəlxalq mühafizə kampaniyası çərçivəsində bəyan edilən, ekoloji baxımdan unikal olan dəniz əraziləridir.