Qızılağac Parkının mühafizə rejimini pozdu, cəzalandırıldı

qizilagac-parkinin-muhafize-rejimini-pozdu-cezalandirildi
Oxunma sayı: 821

Qızılağac Milli Parkının əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı milli parkın mühafizə rejimini pozan şəxs saxlanılıb.

“Qafqazinfo”nun xəbərinə görə, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib ki, araşdırma zamanı qanun pozucusunun Masallı rayon Təzəkənd kənd sakini Cəbrayıl Abıyev olduğu müəyyən edilib.

Təqsirkar şəxs barəsində qanunamüvafiq tədbirlər görülüb.