Bu gün saat 14 radələrində Qızılağac Dövlət Təbiət Qoruğunun ərazisində yanğın hadisəsi baş verib və əsən külək nəticəsində yanğın qısa müddət ərzində 3 hektar ərazini əhatə edib.
"Qafqazinfo" Ekologiya və Təbii Sərvətlər Nazirliyinin saytına istinadən xəbər verir ki, naməlum səbəblərdən baş verən yanğının söndürülməsi üçün əraziyə dərhal nazirliyin yerli qurumunun əməkdaşları cəlb olunub.
Hazırda baş vermiş yanğının qarşısının alınması istiqamətində ciddi və operativ tədbirlər davam etdirilir.
Son xəbərlər
Son Xəbərlər